Gürcüstanın paytaxtının Samqori rayonunda dəmir yolu deposunun yaxınlığında yanğın baş verib. Yük qatarının bir neçə vaqonu tamamilə yanıb.
Onlar uzun müddətdir ki, daşınma üçün istifadə olunmayıb. Hadisə yerinə gələn xilasedicilər qısa müddətdə yanğını söndürüblər. Onların sayəsində itki yoxdur.
Yanğının haradan və nə üçün başladığı hələ də məlum deyil. Qeyd olunur ki, Samqori ərazisində Gürcüstan Dəmir Yolunun mühüm qovşağı var və burada qatarların çeşidlənməsi və onlara xidmət göstərilir. Orada yanğınlar nadir hadisə deyil: yanğın 2020 və 2021-ci illərdə də deponu bürüdü.
//Samir Qurbanov, Editor.az