AZ

Hənanın vaxtıdır?

Nənələrimiz tez-tez “Başım ağrıyır, xınanın vaxtıdır” sözünü işlədərdilər.

Xına tək gəlinlərin əlinə deyil, tibbdə də istifadə edilir.

Hit.az xəbər verir ki, xına təkcə boyayıcı maddə deyil, həm də müalicəvi xüsusiyyətlərə malik olan bir vasitədir. Xına çox güclü dezinfeksiyaedici təsirə malik olduğuna görə onu yaraların və zədələrin, həmçinin dermatoloji və sümük xəstəliklərinin, baş ağrılarının müalicəsində istifadə edirlər.

Onunla məşğul olan həkimlərin dediyinə görə, stomatit, dil, yanaq və dodaqlarda yaranan xoralar zamanı xına ilə qarqara etmək faydalı təsir göstərir. 

Xına qotur xəstəliyinin sağaldılmasında da faydalıdır.

Heyvanlarla təmasdan yaranan bu dəri xəstəliyi zamanı xına tətbiqi problemi həll edir. 

Xına ağacının yarpaqları qaraciyərin dərmanıdır, eyni zamanda, sarılıq xəstəliyi zamanı da istifadə edilir.

Hənanın spesifik qoxusu var, bu qoxu mərkəzi sinir sisteminə olduqca müsbət təsir edir,
sinirləri rahatladır, stressi azaldır. 

Baş ağrısı zamanı xına çiçəkləri sirkə ilə qarışdırılaraq, tətbiq edildikdə ağrını kəsir.

Xınanı isladıb alın nahiyəsinə yaxmaqla da ağrını kəsmək olar.

Sevinc

Seçilən
3
hit.az

1Mənbələr