AZ

Ukraynanın və NATO-nun sərhədlərinin qorunması Avropa ölkələrinə əlavə 3,1 trilyon dollara başa gələcək

ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinə açıq şəkildə bildirib ki, gələcəkdə onlar öz təhlükəsizliyinə ABŞ-dan az olmayan sərmayə qoymalı olacaqlar və Ukraynanın təhlükəsizliyinə zəmanət yalnız Avropanın üzərinə düşür.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” yazıb. Agentliyin hesablamalarına görə, Ukraynanın və onun öz sərhədlərinin qorunması Avropa ölkələrinə növbəti on il ərzində əlavə 3,1 trilyon dollara başa gələcək. Danışıqlar zamanı Ukraynanı dəstəkləmək, ölkənin və onun müdafiə qabiliyyətini bərpa etmək, eləcə də Avropanın öz hərbi gücünü artırmaq xərcləri də bura daxildir.

“Bloomberg” yazır ki, Ukrayna ordusunun bərpası on il ərzində onun qüvvələrinin vəziyyətindən və onların nə qədər ərazini müdafiə etməli olacağından asılı olaraq, on il ərzində təxminən 175 milyard dollara başa gələ bilər. 40 min nəfərlik sülhməramlı qüvvələr təxminən 30 milyard dollara başa gələcək. Xərclərin əsas hissəsi Aİ-yə üzv ölkələrin hərbi qüdrətinin artırılması və onların ümumi müdafiə büdcəsinin Brüsseldəki qərargahında müzakirə edilən ümumi daxili məhsulun təxminən 3,5%-nə çatdırılması ilə bağlı olacaq. “Bloomberg Economics” analitiklərinin hesablamalarına görə, Avropa ölkələri bunu etmək üçün borc götürməli olsalar, təkcə NATO-nun beş ən böyük Avropa üzvünün borclanma ehtiyacları növbəti on il ərzində daha 2,7 trilyon dollar artacaq.

//Samir Qurbanov, Editor.az

Seçilən
5
editor.az

1Mənbələr