AZ

Onu Türkiyəyə göndərdilər, sonra Moskvaya uçub

"Amerika həbsxanasından çıxan rusiyalı Aleksandr Vinnik təyyarə ilə Türkiyəyə uçub və daha sonra başqa bir təyyarə ilə Rusiyaya göndərilib".

Publika.az xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Vinnikin maraqlarını təmsil edən vəkil Arkadi Bux deyib.

“Biz müştərimiz cənab Vinnikin yeri və statusu ilə bağlı yenilənmiş məlumat aldıq. Bizə bildirdilər ki, müştərimiz təyyarə ilə Türkiyəyə gəlib, oradan da başqa reyslə Rusiyaya göndərilib”, - Bux qeyd edib.

Vəkil onu da bildirib ki, Vinnikin Moskva hava limanına gəlişi yaxın saatlarda gözlənilir.

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı fevralın 12-də, Moskvanın məhkum edilmiş Rusiya vətəndaşı Aleksandr Vinnikin Rusiyaya qaytarılması müqabilində həbsdə olan amerikalı Mark Fogeli azad etməyə razılıq verməsindən bir gün sonra olub.

Seçilən
29
publika.az

1Mənbələr