NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ukraynada sülhə nail olmaq üçün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar lazımdır. Ruttenin sözlərinə görə, Rusiya lideri “güclü danışıqlar aparan”dır, eyni zamanda çox “gözlənilməzdir”.
Mark Rutte NATO müdafiə nazirlərinin görüşündən sonra jurnalistlərə deyib ki, “Prezident Putinin nəyi nəzərdə tutduğunu, əlbəttə, bilmirəm”. Əvvəlki vəzifəmdə 2010-2014-cü illərdə onunla çoxlu görüşlər keçirmişəm. O, güclü danışıqlar aparan və gözlənilməzdir. Amma biz sülh yolu ilə həll istəyiriksə, o zaman danışıqlarda iştirak etməlidir”, – NATO-nun baş katibi əlavə edib.
Xatırladaq ki, fevralın 12-də Vladimir Putin və Donald Tramp telefon danışığı zamanı Ukraynada döyüşlərin diplomatik yollarla dayandırılmasını müzakirə ediblər. Mark Rutte ABŞ və Rusiya prezidentləri arasında telefon danışığının uğurlu keçdiyi və Ukrayna üzrə danışıqların başlanması hissi yaratdığı barədə fikir bildirib.
//Samir Qurbanov, Editor.az