Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Səudiyyə Ərəbistanında görüşə bilər.
Editor.az bildirir ki, bu barədə Amerika mediası xəbər verir. Onların fikrincə, bu, Trampın Oval kabinetdə jurnalistlərə danışarkən göstərdiyi yerdir.
Xatırladaq ki, dünən Rusiya və ABŞ rəhbərləri arasında telefon danışığı olub. Görüş zamanı liderlər bir sıra mövzuları müzakirə ediblər. Digər məsələlərlə yanaşı, Putin və Tramp şəxsi görüşün təşkili də daxil olmaqla şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.
//Samir Qurbanov, Editor.az