Turan İnformasiya Agentliyi ilə bağlı sayğılı Mehman Əliyevin müraciətini böyük diqqətlə oxudum. Bu media qurumunun Azərbaycan cəmiyyətindəki rolu haqqında sizlər hər şeyi bilirsiniz. Ona görə bəlli həqiqətləri təkrarlamağı yox, gələcək həqiqətlər haqqında yazmaq istəyirəm.
Cəmiyyətimiz daha senssasiya xəbəri də müdriklərə məxsus bir susqunluqla qarşılayır. Cəmiyyətimiz pisdir, yoxsa yaxşıdır polemikası açmaq istəmirəm. Bu fikir tartışması da deyil.
Sadəcə söylədiyim fikir senssasiyanı adiləşdirən cəmiyyətimizin bu sadəcə halını ifadə edir. Heç bir cəmiyyətin davamlı olaraq dinamik halı olmur. Onun mütləq və mütləq bir qıırlma, iqtisadi terminlə ifadə etsək, bir staqnasiya halı da olur.
Fleqmatik və praqmatik cəmiyyət kimi...
Mehman Əliyev xarakteri etibarıilə giley-güzarı sevən insan deyil. Hər həll yolunda bir problem yox, hər problemdə bir həll yolu tapmağı bacaran optimist insandır. Bu xarakterdə insanın ehtiyatla ifadə etdiyi bir narahatlıq varsa, demək onun ciddi səbəbləri və patalogiyası var.
“Turan” arzu edirəm ki, sürətlə dəyişən media şərtlərinə rasional adaptasiya olunmaq yolunu tapacaq və ölkənin günəş kimi saçan media məkanında layiq olduğu yeri daha da möhkəmləndirəcək.
Turan İnformasiya Agentliyi ən yaxşı layihələrə, formata və peşəkar hədəflərə haqq edir!
Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri
Demokratikmusavat.com