Livanda İrandan uçuşların qadağan edilməsi ilə bağlı iğtişaşlar başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Bildirilib ki, Beyrut hava limanına toplaşan nümayişçilər etiraz olaraq oraya gedən yolları bağlayıblar.
Qeyd edək ki, daha əvvəl İsrail hərbi kəşfiyyatı AMAN İrandan hava yolları vasitəsilə Beyruta mülki şəxslərin baqajında Hizbullah-a hərbi və maliyyə yardımı keçirmək cəhdlərinin aşkar edildiyini açıqlamışdı.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta