AZ

Avropa Liqası: “Fənərbağça” İstanbulda Belçika klubunu darmadağın edib

Bakı, 13 fevral, AZƏRTAC

UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” doğma meydanda Belçikanın “Anderlext” klubunu qəbul edib. Görüş İstanbul nəhənginin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Duşan Tadiç, Edin Ceko və Yussuf En-Nesiri vurublar.

Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları fevralın 20-də keçiriləcək.

Seçilən
28
9
azertag.az

10Mənbələr