![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/13/1/f1359ff2-240e-450b-b5b3-54c9e2e9cc70/sputnik-bbc-azerbaycanca.jpg)
““Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya hökumətdəki mənbələrdən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca”nın redaksiyaları bağlanacaq.
***14:35
Azərbaycan mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib.
Yeniavaz.comxəbər verir ki, bu barədə Caliber.az-ın redaksiyasına etibarlı mənbələrdən məlumat daxil olub.
Bildirilib ki, bu düzəlişlər, xüsusən, ölkədə “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” nəşrinə, eləcə də BBC-yə (BBC News Azərbaycanca) təsir edəcək.
“Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud fərqin aradan qaldırılması üçün müvafiq olaraq “Rossiya Seqodnya”nın müxbirləri Rusiyada “Azərtac”ın müxbirləri nə qədər işləyirlərsə, o qədər də ölkəmizdə çalışacaqlar. Hazırda söhbət bir ştat vahidindən gedir.