Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Türkiyənin “Fənərbaxça” komandası İstanbulda “Anderlext”i qəbul edib.
"Sarı-lacivərdlilər" ilk dəqiqlərdən üstünlüyü ələ alıblar. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər matçında isə, "Ayaks" "Yunion"u səfərdə 2 cavabsız qolla məğlub etməyi bacarıb.