AZ

Türkiyədə avtobus aşdı: 4 ölü, 32 yaralı - FOTO

Türkiyənin Bingöl vilayətində sərnişin avtobusunun aşması nəticəsində ilkin məlumata görə 4 nəfər ölüb, 32 nəfər yaralanıb

Mardin Seyahat şirkətinə məxsus, sürücüsünün kimliyi hələ müəyyən edilməmiş 33 CFU 60 dövlət nömrə nişanlı sərnişin avtobusu, Bingöl-Diyarbəkir avtomobil yolunun Doğanca kəndi yaxınlığında idarəetməni itirərək aşıb.

Vali Usta mətbuata verdiyi açıqlamada Şırnaqdan Ərzuruma gedən sərnişin avtobusunun saat 20:00 radələrində Genç istiqamətinə 8 kilometr qalmış Selvi döngəsini keçdikdən sonra güclü buzlanma səbəbilə kəskin döngədə idarəetməni itirərək şarampola aşdığını bildirib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
11
milli.az

1Mənbələr