Avropa Liqasının pley-off mərhələsində "Fənərbaxça" "Anderlext"i 3:0 hesabı ilə məğlub edib.
AzNews.az xəbər verir ki, “Fənərbaxça” UEFA Avropa Liqasının pley-off mərhələsində Belçikanın “Anderlext” komandası ilə qarşılaşıb.
"Fənərbaxça" evdə "Anderlext"i 11-ci dəqiqədə Duşan Tadiç, 42-ci dəqiqədə Edin Dzeko və 57-ci dəqiqədə Yusuf en Nesirinin vurduğu qollarla 3-0 məğlub edib.
Fənərbaxça ilə Anderlext arasında cavab qarşılaşması 20 fevral cümə axşamı, saat 23:00-da Belçikada oynanılacaq.