ABŞ prezidenti Donald Tramp ABŞ məhsullarına rüsumlar tətbiq edən beynəlxalq ticarət tərəfdaşlarına oxşar cavab rüsumlarının tətbiq edilməsini nəzərdə tutan sərəncam imzalayıb.
APA xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Əgər məhsullarınızı ABŞ-də istehsal etsəniz, heç bir rüsum olmayacaq", - deyə Tramp vurğulayıb. Onun fikrincə, rüsumlar illər əvvəl tətbiq edilməli idi.
Tramp həmçinin əlavə edib ki, yeni rüsumlar polad və alüminium üçün əvvəllər tətbiq edilən rüsumları tamamlayacaq.