Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) gənclər arasında çıxış edən milli komandamızın üzvü Humay Dadaşova qızıl medal qazanıb.
Bu barədə "Report"a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
O, 46 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyib.