AZ

Elə edin ki, abır-həya etməyə yer qalsın...

Nadir Qocabəyli 

Mən çox adamın çox şeyi başa düşmədiyini, bunun üçün lazımi ağla, biliyə, dünyagörüşünə və həyat təcrübəsinə malik olmadığını anlayıram.

Mənim də bəzi şeyləri anlamadığım vaxtlarım olub. Bəlkə də, indi də var...

Ancaq tərbiyəsizliyi, kobudluğu, eşşəkliyi və yekəxanalığı başa düşmürəm.

Bizdə özündən böyüyə, yaşlıya, qələm, yazı-pozu adamına həmişə hörmət olub axı. Heç olmasa bir etika gözləyin, soruşun, araşdırın.

Yoxsa ordan-burdan bir-iki şey eşidiblər, məni birbaşa, aqressiv formada təhqir edir, söyürlər. Dünəndən inboxsuma nə qədər təhqir gəlib, baxıram gənclərdir. Axı onlar özbaşına deyil. Biz də gənc olmuşuq və bizi də kimlərə qarşısa qoymağa çalışıblar.

Ən pisi də odur ki, bu iyrənc kampaniyanı müəyyən Qərbpərəst siyasi dairələr təşkil edir, fikirlərimi təhrif edərək, öz bildikləri kimi mənalandırmağa çalışırlar.

Dayandırın! Əks təqdirdə cavabı sərt olacaq. Mən sizin bütün siyasi fırıldaqlarınızın iç üzünü, arxa planını bilirəm. Sizin bu demokratiya, insan haqları, vətəndaş cəmiyyəti nağıllarınızın əsl mahiyyətindən xəbərim var. Siyasi məhbus oyunbazlığınızın, timsah göz yaşlarınızın, "havayı" vəkilliyinizin anatomiyası mənə çox gözəl məlumdur.

Düzdür, bunlar haqqında arada yazıram. Çünki bunu xalqımın, ölkəmin, özümün mənafeyimiz tələb edir. Ancaq yazmadığım, demədiyim, yaza bilmədiyim çox şey hələ durur...

Elə edin ki, qırmızı cizgini keçməyə məcbur olmayım. Elə edin ki, mahiyyətinizi tam çılpaqlığı ilə ortaya qoymayım...

Elə edin ki, abır-həya etməyə yer qalsın...

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Mənbələr