Türkiyə Superliqasının 22-ci turunun “Qalatasaray” - “Adana Demirspor” matçı ilə əlaqədar qərar açıqlanıb.
QOL.az xəbər verir ki, bazar günü oynanılan qarşılaşmanın 12-ci dəqiqəsində baş hakim Oğuzhan Çakır qonaq komandanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini Alvaro Morata dəqiq yerinə yetirərək “Qalatasaray”ı hesabda irəli çıxarıb. 30-cu dəqiqədə hesab 1:0 olarkən “Adana Demirspor”un futbolçuları baş məşqçi Mustafa Alperlə məsləhətləşdikdən sonra qəflətən meydanı tərk ediblər. Türkiyə mətbuatının yazdığına görə, “Adana Demirspor” klub rəhbərliyinin tələbi ilə bu addımı atıb.
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Adana Demirspor”a texniki məğlubiyyət verib. Bundan əlavə, klubun 3 xalı silinib.
Hazırda turnir cədvəlində “Qalatasaray” 57 xalla 1-ci, “Adana Demirspor” isə 5 xalla 19-cu - sonuncudur.