"İsrail işğal etdiyi torpaqlarımızdakı 5 nöqtədən geri çəkilməyəcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Livan parlamentinin sədri Nəbih Berri paytaxt Beyrutda ABŞ-ın Beyrutdakı səfiri Liza Consonun iştirakı ilə Atəşkəsə Nəzarət Komitəsinin sədri, ABŞ general-mayoru Casper Cefferslə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
Spiker bildirib ki., ABŞ rəsmiləri ona bu barədə açıq deyiblər: "Onlar mənə məlumat verdilər ki, İsrail fevralın 18-də Livanın cənubunda işğal etdiyi kəndlərdən çəkiləcək, lakin beş yerdə qalacaqŞ oradan çəkilməyəcəklər. Mən isə həm öz adımdan, həm prezident Cozef Aun, həm də baş nazir Navaf Salam adından onlara bildirdim ki, bunu qəti şəkildə rədd edirik. Bu, qəbuledilməzdir. Biz artıq İsrail ordusunun geri çəkilmə müddətinin uzadılması ilə bağlı danışıqdan da imtina etmək məcburyyətində qaldıq. ABŞ bizə geriçəkilmə ilə bağlı söz vermişdi. Bu proses ABŞ-ın üzərinə düşən vəzifədir".
Spiker İsrailin ABŞ-ın gücü ilə işğala yenidən başalyıb-başalmayacağını bilmədiklərini deyib: "Yalnız onu deyə bilərəm ki, Livan ordusu Litani çayının cənubunda üzərinə düşən vəzifəni tam yerinə yetirib".
Tahir Şəlvəli
MİA.AZ