AZ

Qardaşının ad gününə etdiyi “hədiyyə” başına bəla oldu

“Vest Hem”in və Braziliya millisinin yarımmüdafiəçisi Lukas Paketa İngiltərə Premyer Liqası matçında bukmeker kontorunda mərc edərək qardaşı üçün ad günü hədiyyəsi olaraq sarı vərəqə aldığı iddiası ilə yenidən istintaqa cəlb olunub.

Publika.az xəbər verir ki, qardaşının ad günü şübhəli Premyer Liqa matçı ilə eyni günə təsadüf edib.

Paketa ən azı dörd Premyer Liqa matçında şübhəli sarı vərəqələr aldığına görə İngiltərə Futbol Assosiasiyası tərəfindən təhqiqat altında alınıb. Hələlik heç bir hökm yoxdur.

Oyunçunun uzun müddətli diskvalifikasiya ilə üzləşə biləcəyi ehtima edilir. Paketa isə bütün ittihamları rədd edir.

Seçilən
12
publika.az

1Mənbələr