AZ

“Bütün oyunlarda söz-söhbət var” – Fariz Yusifov

Qış fasiləsindən sonra artıq 4 tur geridə qalıb.

Demək olar ki, hər tur baş məşqçilər hakimlərdən şikayətlənir. 20-ci turun “Qarabağ” – “Turan Tovuz” oyunun ardından “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov qapıçının öz meydançasında toxulunmaz olduğunu və Faiq Hacıyevin onu iki əllə tutduğunu deyib.

21-ci turun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan sonra “qırmızı-ağlar”ın baş məşqçisi Elmar Baxşıyev 80-ci dəqiqədə rəqibin qapısına penalti təyin olunmasının lazım gəldiyini, VAR-ın bu məsələyə diqqət yetirmədiyini dedi.

22-ci turun “Sabah” – “Turan Tovuz” oyunundan sonra isə qonaqların baş məşqçisi Kurban Berdıyev Rəhim Sadıxovun butsunun ayağından çıxdığını, amma hakimin oyunun dayandırmağını deyib. Belədə epizodun davamında “Sabah” “Turan Tovuz”un qapısına yol tapmağı bacarıb. Eyni zamanda, Berdıyev hakimin Jo Batistaya qarşı kobudluqlara göz yumduğunu dedi.

“Football-plus.az” bütün bu narazılıqlarla bağlı Fariz Yusifovun fikrini öyrənib:

“Deyilənlər artıq final mərhələsinə çatıb. Hakimlərdən narazılıq hər il olub və olacaq. Hakimlər təlim-məşq toplanışına getdi. Hörmətli sədr də demişdi ki, yaxşı məşq keçmişik. “Sabah” – “Turan Tovuz” oyununu mən də izlədim. “Sabah” 3-cü qolu vuranda Ayxana qarşı edilən hərəkətdə baş hakim epizoda yaxın idi. Bütün hallarda hakimlər diqqətli olmalıdı. Hər xal uğrunda amansız mübarizə gedir. Belədə bir şey olan kimi günahı hakimdə axtaracaqlar. Masazırda çox dramatik oyun getdi. Tapdalamalar və itələmələr oldu. Referinin oyunu saxlamaması da baş məşqçiləri qıcıqlandırır. “Zirə” – “Neftçi” oyununda hakimin bütün qərarlarını komandalar qəbul etdi. Əcnəbi məşqçilərə bizim hakimləri tanıtmaq lazımdı ki, səviyyəmiz budu. Xırda bir şeyə görə etiraz bildirməsinlər. Bütün oyunlarda söz-söhbət var. Bütün hakimlərə diqqətli olmağı tövsiyə edirəm”.

ƏSƏD SEYİDOV
Seçilən
5
football-plus.az

1Mənbələr