AZ

Taekvondoçumuz fəxri kürsünün ən yüksək pilləsində - FOTO

Azərbaycan taekvondo yığması G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) növbəti medalını qazanıb.

İdman.biz xəbər verir ki, Antalya keçirilən yarışda gənclərin mübarizəsində Humay Dadaşova (46 kq) fəxrü kürsünün ən yüksək pilləsində yer alıb.

Humay bütün rəqiblərini üstələyərək qızıl medal sahib çıxıb. Fəxri kürsüdə digər 2 pilləni Türkiyə taekvondoçuları tutublar.

Qeyd edək ki, bundan əvvəl Xanoğlan Kərimov (68 kq), Cavad Ağayev (80 kq), Həmidreza Bədrialiabadi (+87 kq) və Minayə Əkbərova (46 kq) üçüncü olublar.

İdman.biz

Seçilən
26
idman.biz

1Mənbələr