Fransanın keçmiş Baş naziri Jan Kasteks dövlət vəsaitlərini mənimsəməkdə və sənədləri saxtalaşdırmaqda şübhəli bilinərək saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Məlumata görə, Kasteks fevralın 13-də səhər saatlarında Monpelye şəhərində jandarmlar tərəfindən saxlanılıb.
Qeyd edək ki, J. Kasteks 2020-2022-ci illərdə Fransanın Baş naziri olub.