ABŞ prezidenti Donald Tramp Rusiyanın da iştirakı ilə “Böyük Səkkizlər”in (G8) bərpasının tərəfdarıdır.
APA xəbər verir ki, “Reuters”in məlumatına görə Tramp bu barədə Ağ Evin Oval kabinetində yeni gömrük rüsumlarının tətbiqi haqqında fərmanın imzalanması zamanı jurnalistlərlə söhbətində bildirib.
Tramp qeyd edib ki, o, Rusiyanın G8-dən çıxarılmasını və birliyin G7 formatına qayıtmasını səhv hesab edir.