Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Baş nazir Müxhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək.
Fevralın 16-dək Almaniyada olacaq Nikol Paşinyan Konfrans çərçivəsində bir sıra xarici ölkə rəsmiləri ilə görüşlər də keçirəcək.