ABŞ Prezidenti Donald Tramp Amerika məhsullarına tariflər tətbiq edən beynəlxalq ticarət tərəfdaşlarına oxşar cavab rüsumları ilə cavab verib.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
O əlavə edib ki, yeni tariflər polad və alüminium üçün əvvəllər tətbiq edilən rüsumları tamamlayacaq.
"Əgər məhsullarınızı ABŞ-də istehsal etsəniz, heç bir rüsum olmayacaq", - Tramp vurğulayıb. Onun fikrincə, rüsumlar illər əvvəl tətbiq edilməli idi.
Fevralın 9-da Amerika lideri jurnalistlərə bildirib ki, Vaşinqton bütün ölkələrlə ticarətdə qarşılıqlılıq prinsipinə əməl edəcək.