1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Meksika hökuməti "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adının Amerika Körfəzi olaraq dəyişdirilməsinə görə şirkəti məhkəməyə vermək barədə düşünür.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Prezidenti Klaudiya Şeynbaum bildirib.
"Əgər onlar təkid etməyə davam etsələr, biz məhkəməyə müraciət etməyi düşünürük. Çünki onlar Meksikadakı ərazini Amerika körfəzi adlandırırlar", - Şeynbaum gündəlik mətbuat konfransında qeyd edib.