AZ

Taekvondoçularımız 6 medal qazanıblar

Azərbaycanın yeniyetmə taekvondoçuları Birləşmiş Ərəb Əmirliklərində keçirilən “FujairahOpen” turnirində 6 medal qazanıblar.

Taekvondo Federasiyasından verilən məlumata görə, bunlardan 2-si qızıl, 1-i gümüş, 3-ü isə bürünc mükafatdır.

Bütün rəqiblərini məğlub edən Elmira Bayrak (41 kq) və Fuad Həsənov (+65 kq) qalib adını qazanıblar. Fidan Muxtarzadə (29 kq) 2-ci, Mədinə Aslanlı (29 kq), Rüqəyya Əliyeva (33 kq) və Elmir Səlimov (53 kq) isə 3-cü yeri tutublar.

Leyla QURBANOVA
XQ

Seçilən
14
xalqqazeti.az

1Mənbələr