Əgər sizdə dəmir çatışmazlığı, anemiya və ya buna bənzər sağlamlıq probleminiz varsa, bəzi qidaları birlikdə qəbul etmək ziyandır.
Bu açıqlamanı türkiyəli dietoloq Zilal Solqun Aslan verib.
Həkimin “təhlükəli ikili”lərini təqdim edirik:
Yumurta və Çay
Çayın tərkibindəki polifenollar yumurtanın tərkibindəki dəmirin bəıdən tərəfindən sorulmasına mane olur! Yumurtaları pomidor və ya göyərti ilə birlikdə istehlak edin. Bu bədənə dəmiri hopdurmğa kömək edəcək.
İspanaq və Qatıq
Qatıq və süd məhsulları ispanaqda dəmirin udulmasını maneə törədir! İspanağı limon və zeytunyağlı salat və ya ətlə yeyə bilərsiniz! Bu kombinasiya dəmirin udulmasını artırır.
Qırmızı ət və Qatıq/Ayran
Süddə olan kalsium qırmızı ətin tərkibindəki dəmirin udulmasının qarşısını alır! Qırmızı ətin yanında limon və ya tərəvəzlər əlavə edə bilərsiniz. Bu kombinasiya dəmirin udulmasını maksimum dərəcədə artırır.
Turşu və Makaron/Düyü
Turşuların tərkibindəki duz karbohidratların tez sorulmasını təmin edərək qan şəkərini sürətlə artırır. Makaron və düyüyə zeytun yağı və ya qatıq ilə tərəvəz əlavə edə bilərsiniz!