İspaniyanın “El Pais” qəzeti geoloqlar Rikardo Leon və Rocer Urgelesə istinadən yazır ki, Antarktidanın dərinliklərində böyük metan emissiyaları aşkar edilib.
Yanvarın 12-də ekspedisiyaya başlayan “Sarmiento de Gamboa” gəmisinin göyərtəsində olan elm adamları okeanda uzunluğu 700 metrə və eni 70 metrə çatan metan emissiyalarını qeydə alıblar. Nəşr qeyd edib ki, bu emissiyalar planetin iqlimi üçün ciddi təhlükə yarada bilər. Təxminən 20 min il əvvəl metan hidratları şəklində üzvi maddələrin parçalanması nəticəsində dənizin dərinliklərində metan yığılması meydana gəlib. Urgell bunun buz kimi olduğunu, yandırıla biləcəyini və yanacağını vurğuladı.
"Biz hesabladıq ki, bu ərazidə metan hidratlarda 24 qiqaton karbon yığılıb ki, bu da bütün bəşəriyyətin iki il ərzində emissiyasına bərabərdir", - geoloq izah edib.
Qəzet izah edir ki, o, qızdırılan zaman bərk metan qaza çevrilir. Leon qeyd edib ki, oxşar hadisələr Arktikada da qeydə alınıb. Lakin bu, ilk dəfə Antarktidada aşkar edilib. Nəticələr hələ ilkin olsa da, elm adamları qazın geoloji çatlar boyunca səthə çıxdığından şübhələnirlər.
Alimlər qeyri-sabit dəniz çöküntülərinin kontinental yamacda böyük sürüşmələr yaradacağından və bunun da sunamiyə səbəb ola biləcəyindən narahat olduqlarını bildiriblər.
Xatırladaq ki, bir müddət əvvək “Nature” jurnalı “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin partlamasının tarixdə ən böyük antropogen metan buraxılmasına səbəb olduğunu yazmışdı. Alimlərin hesablamalarına görə, buraxılan qazın həcmi 445-485 min ton arasında olub ki, bu da qısa müddətdə qeydə alınan ən böyük tullantı hesab olunur və 2022-ci ildə bütün antropogen metan emissiyalarının təxminən 0,1%-ni təşkil edir. Beynəlxalq Enerji Agentliyi (IEA) öz hesabatında Şimal axınından metan emissiyalarının 75-230 min ton arasında olduğunu qeyd edib. Hesabatda həmçinin qeyd olunub ki, partlayışlar nəticəsində yaranan emissiyalar peyk məlumatlarından istifadə edilməklə ilkin hesablanır.
Nubar Süleymanova, “İki sahil”