AZ

Yaş salfetka artıq satılmayacaq

Hollandiya ev təmizliyi, körpə baxımı və tualetlərdə istifadə olunan plastik tərkibli nəm salfetlərin Avropa üzrə qadağan edilməsi üçün addım atıb.

“Bakuinfo” xəbər verir ki,  bu salfetlərin hər il kanalizasiya sisteminə milyonlarla avro ziyan vurduğu bildirilir. Hollandiya Çevrə naziri Yansen plastik tərkibli nəm salfetlərin yaratdığı çirklənmənin və təmizlik xərclərinin illik 22-55 milyon avro arasında dəyişdiyini qeyd edib.

Tualetlərə atıldıqda həll olmayan plastiklər boruların və kanalizasiya sistemlərinin tutulmasına səbəb olur. Eyni zamanda, bu salfetlərin küçələrdə və çimərliklərdə yığılmasının əlavə xərclər yaratdığı vurğulanıb. Nazir Yansen nəm salfetlərdən istifadənin getdikcə artdığını və bir çox yerlərdə onların kağız əsaslı və ya yenidən istifadə oluna bilən alternativlərlə əvəz olunduğunu bildirib.

Hollandiya hökuməti, Avropa İttifaqının “Tək İstifadəlik Plastik (SUP)” Direktifini genişləndirərək nəm salfetlərin də qadağan olunmasını tələb edir.

Seçilən
16
bakuinfo.net

1Mənbələr