HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin təfərrüatlarını müzakirə etmək üçün danışıqlara mümkün qədər tez başlamağa çağırıb.
APA xəbər verir ki, bu barədə hərəkatın Siyasi Büro rəhbərliyinin mətbuat katibi Taher Nunu bildirib.
"Danışıqların razılaşmanın 16-cı günündə (3 fevral) başlayacağı güman edilirdi. Lakin bu baş vermədi. İsrail nümayəndə heyətini Dohaya göndərdi və danışıqlar görüntüsü yaratmağa çalışdı. Əslində, danışıqlar getmir. Biz təcili danışıqlara ehtiyac olduğunu təsdiq edirik", - o qeyd edib.