AZ

“Neftçi”nin yeni transferi: "Zəmanət verə bilərəm k..."

“Neftçi”nin yeni transferi Aleks Fernandes keçidini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı vinger ölkəsi Braziliya mətbuatına bununla bağlı açıqlama verib.

Sağ cinah oyunçusu bakılıların cari mövsümdəki hədəfləri barədə nikbin danışıb:

“Meydana çıxmağı və komanda yoldaşlarıma kömək etməyi səbirsizliklə gözləyirəm. Həm Azərbaycan Premyer Liqasında, həm də kubokunda hədəflərimiz var.

Bu da məni çox həvəsləndirir. Komanda çempionatın son iki oyununda qələbə qazanıb.

Zəmanət verə bilərəm ki, meydanda əzmsizlik olmayacaq”.

Qeyd edək ki, Aleks Fernandes Rusiyadan - “Baltika”dan mövsümün sonuna kimi icarəyə götürülüb.

Seçilən
13
sportinfo.az

1Mənbələr