AZ

UEFA Avropa Liqası pley-off mərhələsinin ilk oyunları keçirilib, “Qalatasaray” böyük hesabla məğlub olub

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Türkiyənin “Fənərbaxça” komandası İstanbulda “Anderlext”i qəbul edib.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər bir Super Liqa təmsilçisi "Qalatasaray" isə səfərdə "Alkmaar"la üz-üzə gəlib.

"Cimbom" üçün matç heç də yaxşı keçməyib. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar

13 fevral

"Fənərbaxça" (Türkiyə) – "Anderlext" (Belçika) 3:0
"Ferensvaroş" (Macarıstan) – "Viktoriya" (Çexiya) 1:0
"Midtyulland" (Danimarka) – "Real Sosyedad" (İspaniya) 1:2
"Yunion" (Belçika) – "Ayaks" (Niderland) 0:2
"Alkmaar" (Niderland) – "Qalatasaray" (Türkiyə) 4:1
"Portu" (Portuqaliya) – "Roma" (İtaliya) 1:1
PAOK (Yunanıstan) – FCSB (Rumıniya) 1:2
"Tvente" (Niderland) – "Bodo-Qlimt" (Norveç) 1:1

Seçilən
9
22
apa.az

10Mənbələr