Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün pley-off (1/16 final) mərhələsinin ilk oyunları keçirilib.
Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni günə təsadüf edib.
Türkiyə klublarından “Qalatasaray” səfərdə “Alkmaar”ın (Niderland) qonağı olub və böyük hesabla uduzub. “Fənərbağça” isə evdə “Anderlext”i (Belçika) qəbul edib və 3 cavabsız qola sevinib.
İtaliyanın “Roma” komandası Portuqaliyada “Portu” ilə üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib. İspaniya təmsilçisi “Real Sosyedad” da Danimarkada “Midtyulland”ın qonağı olub. İspanlar səfərdən qələbə ilə dönüblər.
Xatırladaq ki, Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 20-də keçiriləcək. İlk görüşlərdən sonra yalnız Türkiyə təmsilçilərinin oyunlarında növbəti mərhələyə hansı komandaların yüksələcəyini bir qədər əminliklə söyləmək olar. Digər bütün oyunlarda cütün taleyinə cavab görüşündə aydınlıq gələcək.
Avropa Liqası
Pley-off mərhələsinin ilk oyunları
13 fevral
“Ferentsvaroş” (Macarıstan) – “Viktoriya” (Plzen, Çexiya) 1:0
Qol: Abu Fani, 23.
“Yunion” (Belçika) – “Ayaks” (Niderland) 0:2
Qollar: Rasmussen, 59. Mokio, 71.
“Midtyulland” (Danimarka) – “Real Sosyedad” (İspaniya) 1:2
Qollar: Buksa, 38 – B.Mendes, 11-pen. Kubo, 31.
“Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika) 3:0
Qollar: Tadiç, 11. Dzeko, 42. En Nesiri, 57.
“Portu” (Portuqaliya) – “Roma” (İtaliya) 1:1
Qollar: Moura, 67 – Z.Çelik, 45+5.
“Tvente” (Niderland) – “Bodo Qlimt” (Norveç) 2:1
Qollar: Ltaif, 5. Van Volfsvinkel, 90+5 – Berq, 85.
“Alkmaar” (Niderland) – “Qalatasaray” (Türkiyə) 4:1
Qollar: Meynan, 12. Parrott, 37-pen. Klasye, 58. Volfe, 66 – Sallai, 20.
PAOK (Yunanıstan) – “Styaua” (Rumıniya) 1:2
Qollar: Samatta, 21 – Georgita, 50. Dava, 60.