Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.
Bakıvaxtı.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçirilib.
"Qalatasaray" "AZ Alkmaar"ın qonağı olub. Okan Burukun komandası böyük hesabla uduzub - 1:4.
Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları fevralın 20-də keçiriləcək. Mərhələnin qalibləri 1/8 finala adlayacaqlar.