Tərəflər Ukrayna böhranının həlli istiqamətində mühüm irəliləyiş əldə edə biliblər.
APA xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu fikri cümə axşamı Ağ Evdə Hindistanın baş naziri Narendra Modi ilə görüşündə bildirib.
Modi ilə danışıqların protokol çəkilişi mərasimində jurnalistlərin suallarını cavablandıran ABŞ lideri, "Məncə, bu qədər insanın öldüyü bu dəhşətli müharibəyə son qoymaq üçün uzun bir yol qət etmişik", - deyə bildirib.