1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avropa Liqasının 1/8 final mərhələsində oynamaq hüququ uğrunda "Portu" ilə "Roma" arasında keçirilən ilk pley-off oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, ilk hissəyə əlavə olunmuş dəqiqədə "Roma"nın yarımmüdafiəçisi Zeki Çelik hesabı açıb. 67-ci dəqiqədə "Portu"nun müdafiəçisi Fransişku Moura oyunda tarazlığı bərpa edib.
72-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Brian Kristante qırmızı vərəqə alıb, lakin bu, hesaba öz təsirini göstərməyib - 1:1.