AZ

Avropa Liqası: “Fənərbağça”dan qələbə, “Qalatasaray”dan ağır məğlubiyyət

UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, baş tutan 8 oyunun hamısında qapılara qol vuruub.

Türkiyə təmsilçiləri – “Fənərbağça” və “Qalatasaray” da meydana çıxıb.

Öncə “Fənər” İstanbulda “Anderlext”i qəbul edib. “Sarı kanarya” doğma azarkeşləri önündə Belçika təmsilçisinə qalib gəlib – 3:0.

“Qalatsaray” isə Niderlandda “Az Alkmaar”ın qonağı olub. “Cim Bom” bu görüşdə ağır məğlubiyyətlə üzləşib – 1:4.

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları fevralın 20-də keçiriləcək. Mərhələnin qalibləri 1/8 finala adlayacaqlar.

Avropa Liqası, pley-off mərhələsi, ilk oyunlar

13 fevral

21:45. “Mityulland” (Danimarka) – “Real Sosyedad” (İspaniya) – 1:2

Qollar: Buksa, 38 – Mendez, 11-pen; Kubo, 31

21:45. “Yunion” (Belçika) – “Ayaks” (Niderland) – 0:2

Qollar: Rasmussen, 59, Mokio, 71

21:45. “Ferensvaroş” (Macarıstan) – “Viktoriya” (Çexiya) – 1:0

Qol: Abu Fani, 23

21:45. “Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika) – 3:0

Qollar: Tadiç, 11, Dzeko, 42, En-Nesiri, 57

00:00. “Portu” (Portuqaliya) – “Roma” (İtaliya) – 1:1

Qollar: Moura, 67 – Çelik, 45+5

Qırmızı vərəqə: Kristante, 72 (“Roma”)

00:00. “Tvente” (Niderland) – “Budyo Qlimt” (Norveç) – 2:1

Qollar: Ltayef, 5, Van Volfsvinkel, 90+5-pen. – Berq, 85

00:00. “AZ Alkmaar” (Niderland) – “Qalatasaray” (Türkiyə) – 4:1

Qollar: Meynan, 12, Perrot, 37-pen; Klasi, 57, Vulf, 66 – Sallai, 20

Qırmızı vərəqə: Kaan Ayhan, 51 (“Qalatasaray”)

00:00. PAOK (Yunanıstan) – FCSB (Rumıniya) – 1:2

Qollar: Samatta, 21 – Georgita, 50, Dava, 60

Qırmızı vərəqə: Tayson, 45 (PAOK)

Seçilən
9
18
idmanxeber.az

10Mənbələr