1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ermənistanın sabiq prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyana qarşı cinayət işi açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Prokurorluğun məlumatına görə, ittihamlar irimiqyaslı çirkli pulların yuyulması sxemləri və qondarma strukturların yaradılması ilə bağlıdır.
İş üzrə təqsirləndirilən şəxslər arasında "Yerevan Mall"un baş direktoru Vazrik Sekoyan və sahibkar Arşak Poqosyan da var.
İstintaq iddia edir ki, Minasyana məxsus şirkətlər vasitəsilə qondarma kredit müqavilələri bağlanıb və nəticədə bu strukturların hesablarına külli miqdarda - 6.67 milyon avro və 2 764 milyon dollar vəsait daxil olub.
Daha sonra bu vəsaitlər Minasyana məxsus başqa ofşor şirkətin hesablarına köçürülüb və orada digər qeyri-qanuni aktivlərlə qarışdırılıb.
İstintaq orqanları bu hərəkətləri xüsusilə irimiqyaslı çirkli pulların yuyulması kimi təsnif edir.
Cinayət işinin üç epizodu üzrə materiallar məhkəməyə göndərilib.