AZ

Dəlidən doğru xəbər 

Ellada Məmmədli, Müsavat Partiyasının Qadınlar Təşkilatının sədri

ABŞ-nin Dövlət Effektivliyi Departamentinin rəhbəri İlon Mask “AzadlıqRadiosu” və “Amerikanın Səsi” kimi dövlət tərəfindən maliyyələşdirilən media qurumlarının bağlanması ilə bağlı təklifi dəstəkləyib.

Təklifi ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi, keçmiş Milli Kəşfiyyat İdarəsinin direktoru Riçard Qrenel səsləndirib.

Qrenel bu media resurslarını “dövlət mediası” adlandıraraq, onların “ifrat solçu aktivistlərlə dolu olduğunu” və “keçmişin qalıqları” kimi artıq faydasız olduğunu bildirib.

Onun sözlərinə görə, hər il bu qurumlara ABŞ vergi ödəyicilərinin milyonlarla dolları xərclənir.

İlon Mask isə “X” hesabında bu çağırışa “Hə, bağlayın” cavabını verib:

“Avropa artıq azaddır. Heç kim artıq bu media qurumlarını dinləmir. Onlar sadəcə ifrat solçuların öz aralarında danışdığı və hər il Amerika vergi ödəyicilərinin 1 milyard dollarını yandırdığı qurumlardır”.

Donald Tramp ABŞ Prezidenti kimi fəaliyyətə başlayan kimi milyarder İlon Maskı Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri təyin edib. Bu strukturun il yarım ərzində Amerika hökumətinin səmərəliliyini artıracağı gözlənilir.

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Mənbələr