AZ

KL: "Betis" cavab matçını formallığa çevirdi

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, bütün görüşlər eyni gündə reallaşıb.

Günün maraqlı görüşlərindən biri Belçikada baş tutub. La Liqa təmsilçisi "Betis" "Gent"i darmadağın edib.

“Kopenhagen”in qonağı olan “Haydenhaym” da evə qələbə ilə qayıdıb.

"Vikinqur" isə İslandiyada "Panatinaikos"u üstələyib.

Qeyd edək ki, UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 20-də keçiriləcək.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyunlar
13 fevral

“Baçka Topola” (Serbiya) – “Yagelloniya” (Polşa) 1:3
Qollar: Mbunqu, 28  İmaz, 31; 89. Pululu, 81.

“Çelye” (Sloveniya) – APOEL (Kipr) 2:2
Qollar: Kuçis, 2; 59 – Abaqna, 32. Laifis, 70.

“Vikinqur” (İslandiya) – “Panatinaikos” (Yunanıstan) 2:1
Qollar: Atlason, 13. Vilyalmsson, 56 – İoannidis, 90+1-pen.

“Molde” (Norveç) – “Şemrok Rovers” (İrlandiya) 0:1
Qol: Nunan, 57.

“Gent” (Belçika) – “Betis” (İspaniya) 0:3
Qol: Antoni, 47. Bakambu, 72. Altimira, 84.

“Borats” (Bosniya və Herseqovina) – “Olimpiya” (Sloveniya) 1:0
Qol: Oqrineç, 90+1.

“Omoniya” (Kipr) – “Pafos” (Kipr) 1:1
Qollar: Semedo, 51-pen – Orşiç, 84.

“Kopenhagen” (Danimarka) – “Haydenhaym” (Almaniya) 1:2
Qollar: Larsson, 45+1 – Keller, 59. Siersleben, 85.

 

Seçilən
11
fanat.az

1Mənbələr