AZ

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Moskvaya ENIB

Aleksandr Vinnikin olduğu təyyarə Moskvanın Vnukovo hava limanına enib. 

Musavat.com xəbər verir ki, Flightradar-ın məlumatına görə, İstanbuldan havaya qalxan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Rusiya vətəndaşı Aleksandr Vinnikin olduğu təyyarə artıq paytaxtın Vnukovo hava limanına eniş edib.

Xatırladaq ki, Vinnik 2017-ci ildə ABŞ-ın tələbi ilə Yunanıstanda saxlanılmış və 2022-ci ildə ABŞ-a ekstradisiya edilmişdi. O, BTC-e kriptovalyuta birjası vasitəsilə milyardlarla dollar vəsaiti yumaqda ittiham olunurdu. ABŞ həbsxanasından azad edildikdən sonra Vinnik Türkiyə vasitəsilə Rusiyaya qayıdıb. 

Seçilən
14
paytaxt.org

1Mənbələr