AZ

Şoltsdan HƏYƏCAN TƏBİLİ: "Fövqəladə vəziyyət elan edin"

Almaniya kansleri Olaf Şolts parlamenti ABŞ-ın Ukrayna ilə bağlı son bəyanatları fonunda Almaniyada fövqəladə vəziyyət elan etməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə o, "X" səhifəsində yayımlanan videomüraciətində bildirib.

Onun sözlərinə görə, Ağ Ev rəhbəri Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar gözlənilməz olmayıb, lakin belə bir hadisə Avropanın aydın, sürətli və qətiyyətli mövqeyini tələb edir.

Solts hesab edir ki, Aİ-nin ABŞ-ın bərabərhüquqlu müttəfiqi olaraq qalması üçün təhlükəsizliyi təmin etmək məqsədi ilə daha çox iş görülməlidir.

O, Almaniyanın təhlükəsizliyinə və müdafiəsinə qoyulan sərmayələri vergilərdən azad etmək üçün islahat təklif edib və hökuməti Rusiya-Ukrayna münaqişəsini fövqəladə vəziyyət kimi təsnif edən qətnamə qəbul etməyə çağırıb.

Seçilən
7
1
publika.az

10Mənbələr