I Liqada 14-cü turun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, "Mingəçevir" Zaqatalada "Cəbrayıl"ı qəbul edib.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
14 turdan sonra aktivində 8 xal olan "Mingəçevir" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 15 xalı olan "Cəbrayıl" isə 6-cı yerdədir.
"Mingəçevir" - "Cəbrayıl" 0:0