Qahirə, 14 fevral, AZƏRTAC
Fevralın 21-dən 23-dək Misirin Hurqada şəhərində çimərlik voleybolu üzrə dünya çempionatı (“The Clash Beach Volleyball tournament”) keçiriləcək.
AZƏRTAC “əl-Yaum əs-Səbi” nəşrinə istinadla xəbər verir ki, Səhl Haşiş çimərliyində təşkil olunacaq yarışda 30 ölkədən 97 komanda, ümumilikdə 165 kişi və qadın idmançı iştirak edəcək. Azərbaycan yığma komandası bu beynəlxalq idman tədbirinə qatılacaq.
Digər iştirakçı ölkələr bunlardır: Misir, Rusiya, İtaliya, Sloveniya, Səudiyyə Ərəbistanı, Slovakiya, İspaniya, Çexiya, Almaniya, Ukrayna, Braziliya, Polşa, ABŞ, Portuqaliya, Dominika, İsveçrə, Yunanıstan, Avstriya, Serbiya, Ermənistan, Honqkonq, Niderland, Fransa, Uels, Norveç, Futuna arxipelaqı və Livan.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə