"Çiynim çıxmışdı, amma əməliyyata ehtiyac olmadı".
Sportinfo.az xəbər verir ki, bunu Premyer Liqanın XXII turunda “Neftçi” ilə keçirilən matçda zədələnən “Zirə”nin futbolçusu Ceyhun Nuriyev deyib.
23 yaşlı yarımmüdafiəçi bir neçə həftəlik müalicə ilə kifayətlənəcəyini söyləyib:
“Çiynim çıxmışdı, amma əməliyyata ehtiyac olmadı. Oyundan sonra xəstəxanaya getdim və çiynim yerinə salındı.
Təxminən 2-3 həftə müalicə olunacağam. Zədəm o qədər də ciddi deyil”.
Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə "Zirə" “Neftçi”yə 1:2 hesabı ilə məğlub olub. Qarşılaşmanın 12-ci dəqiqəsində zədələnən C.Nuriyev Məqsəd İsayevlə əvəzlənib.