AZ

Türkiyədə sərnişin avtobusu aşdı - Ölən və yaralananlar var

Türkiyənin Bingöl bölgəsində sərnişin avtobusunun aşması ölümlə nəticələnib.

Azreform.info xəbər verir ki, sərnişin avtobusu Bingöl-Diyarbəkir avtomobil yolunun Doğanca kəndi ərazisində idarəetmədən çıxaraq xəndəyə aşıb.

Məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasetmə qrupu göndərilib.

Seçilən
43
5
azreform.info

8Mənbələr