AZ

Dünyada yeddi dənə olan avtomobilin səkkizincisini Hindistanda kustar üsulla düzəltdilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir çoxları "Forsaj 7" filmindən tanıdığı "Lykan Hypersport" superkarını dünyanın ən nadir və eksklüziv avtomobillərindən biri kimi tanıyır. Bu modeldən yalnız yeddi ədəd istehsal edilib. Lakin az adam bilir ki, Hindistanda "Lykan Hypersport"un öz versiyası mövcuddur.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Supercar Blondie" xəbər yayıb.
Bildirilir ki, Hindistanda bahalı superkarların oxşarlarını az xərclə və əllə yığmağı sevirlər. "Lykan Hypersport"la da məhz belə olub. Bununla belə, onu ölkədə məşhur superkarların ən keyfiyyətli və təmiz surətlərindən biri adlandırmaq olar.
Avtomobilin yaradıcısı Tanna Dhaval həmişə unikal avtomobil modelləri yaratmaq arzusunda olduğunu bildirib. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi təxminən bir il çəkib. Tanna nəticənin tam mükəmməl olmadığını bildiyini və buna görə də, avtomobilin bəzi aspektlərini təkmilləşdirmək və yaxşılaşdırmaq üzərində işləməyə davam etdiyini vurğulayıb.
Seçilən
27
oxu.az

1Mənbələr