Ukrayna ərazisində ABŞ üçün kritik olan 50 mineraldan 36-sı var.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Nəşr qeyd edib ki, 17 element Ukraynada alüminium filizləri, litium, kobalt, nikel, skandium və tantal kimi əhəmiyyətli miqdarda tapıla bilər. Yerli şirkətlər onlardan bəzilərini hasil etməkdən imtina ediblər. Ukraynalı metallurqlar məhsulların istehsalı üçün alüminium filizi idxalına üstünlük veriblər.
Agentlik vurğulayır ki, Ukraynada sənaye miqyasında 50 kritik metaldan yalnız yeddisi hasil edilir: titan, manqan, berilyum, hafnium, qrafit, maqnezium və sirkonium.
Fevralın 11-də "Bloomberg" öz mənbələrinə istinadla məlumat yayıb ki, bu həftə ABŞ Maliyyə Nazirliyinin yeni rəhbəri Skott Bessent ABŞ-ın Ukraynanın mineral ehtiyatlarına çıxışı məsələsi ilə bağlı danışıqlar aparmaq üçün Kiyevə gələcək. Tramp daha sonra bu məlumatı təsdiqləyib.