Fransa millisinin baş məşqçisi Didye Deşam “Real”ın hücumçusu Kilian Mbappeni martda keçiriləcək oyunlar üçün milliyə çağırdığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, mütəxəssis bu barədə “L'equipe” nəşrinə müsahibəsində deyib.
“Bəli, Mbappe komandanın bir hissəsi olacaq”, - deyə Deşam bildirib.
Qeyd edək ki, Fransa millisi martın 20 və 23-də Millətlər Liqasının 1/4 final matçlarında Xorvatiya ilə qarşılaşacaq.
Xatırladaq ki, Kilian oktyabr və noyabr aylarında Millətlər Liqasında keçirilən oyunlar üçün milliyə çağırılmamışdı. Onun əzələ zədəsi səbəbindən siyahıya daxil edilmədiyi deyilirdi.
Mətbuatda isə Mbappenin “Real Madrid”də adaptasiya prosesini daha tez keçə bilməsi üçün Deşamdan onu milliyə çağırmamasını istədiyi barədə xəbərlər yayılmışdı.
Onu da bildirək ki, hücumçu Fransa millisində 86 matçda 48 qol vurub, 35 məhsuldar ötürmə edib.